Əsas məzmuna keç

DİN-dən silahlarla bağlı mühüm çağırış

DİN-dən silahlarla bağlı mühüm çağırış

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edərək tüfəng, tapança və sursatları polisə verməyi istəyib. Cəzadan necə yayınmaq olar? Ətraflı məlumat burada.

ru en

Ötən gün əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirləri nəticəsində qanunsuz saxlanılan 13 avtomat, 1 tapança, 2 qumbara, 4 , 9 patron darağı və 418 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

DİN -in Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildirilib ki, odlu silah və sursatın qanunsuz saxlanılması və daşınması qanunvericiliyə əsasən cinayət məsuliyyəti yaradır.

Qeyd edilib ki, bu cür vasitələrin könüllü təhvil verilməsi isə şəxsi məsuliyyətdən azad edir:

"Vətəndaşlara tövsiyə olunur ki, istifadəsiz və ya qanunsuz saxlanılan silah-sursat barədə dərhal polis orqanlarına məlumat versinlər. Bu, həm hüquqi məsuliyyətdən azad olmaq, həm də ictimai təhlükəsizliyin qorunmasına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Polis əməkdaşları tərəfindən qanunsuz silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində və profilaktik tədbirlər davam etdirilir".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…