DİN: Avtobus zolaqlarında fasiləsizlik təmin olunacaq

DİN: Avtobus zolaqlarında fasiləsizlik təmin olunacaq
09.07.2024 19:27
Aa
dəq

Avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, süni tıxaclar, maneələr yaradır.

"Şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür. Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaqdır. Daxili İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır. Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir", - deyə məlumatda qeyd edilib.

Həftənin ən çox oxunanları

Qazaxda mina partladı, DSX-nin hərbi qulluqçusu yaralandı - YENİLƏNİB - 2

Qazaxda mina partladı, DSX-nin hərbi qulluqçusu yaralandı - YENİLƏNİB - 2
DAVAMIN OXU davamın oxu

Ötən ay sərhəd rеjiminin pоzulmasına görə 862 nəfər saxlanılıb

Ötən ay sərhəd rеjiminin pоzulmasına görə 862 nəfər saxlanılıb
DAVAMIN OXU davamın oxu

Qaxda iki maşın toqquşub, yaralanan var

Qaxda iki maşın toqquşub, yaralanan var
DAVAMIN OXU davamın oxu

Bakı-Quba yolunda baş verən qəzada ölən şəxsin kimliyi açıqlanıb

Bakı-Quba yolunda baş verən qəzada ölən şəxsin kimliyi açıqlanıb
DAVAMIN OXU davamın oxu

Bakı-Sumqayıt yolunda 2 avtobus toqquşdu, ölən və yaralanan var - YENİLƏNİB - FOTO

Bakı-Sumqayıt yolunda 2 avtobus toqquşdu, ölən və yaralanan var - YENİLƏNİB - FOTO
DAVAMIN OXU davamın oxu