“Digital Azerbaijan” brendi təqdim edilib

“Digital Azerbaijan” brendi təqdim edilib
01.12.2023 14:14
Aa
dəq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliiyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Digital.Azerbaijan” brendini təqdim edib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, brend barədə Agentliyin sədri İnarə Vəliyeva Bakıda keçirilən "Inmerge İnnovasiya Sammiti"nin ikinci günündə rəqəmsallaşma ilə bağlı panel müzakirələrində məlumat verib.

O, bildirib ki, “Digital.Azerbaijan” rəhbərlik etdiyi qurumun innovasiya və rəqəmsallaşma üzrə gördüyü işlərin mərkəzləşdirilərək bir çətir altında həyata keçirilməsini təmin edəcək.

“Agentliyin rəqəmsal hökumət, rəqəmsal səriştələr və innovasiya ekosistemi ilə bağlı təşəbbüsləri “Digital.Azerbaijan” brendi altında həyata keçiriləcək. Gələcəkdə bu brend həm yerli, həm də qlobal miqyasda bütün təşəbbüslər üçün vahid sima rolunu oynayacaq. “Digital.Azerbaijan” bizim gələcəyə baxışımızı, ölkənin rəqəmsal inkişafına sadiqliyini nümayiş etdirir. Bizi yeni öhdəliklər, çağırışlar gözləyir. Bununla belə, biz bu yolda sarsılmaz əməkdaşlıq, tərəfdaşlıq və kollektiv səylə qarşıda duran missiyanın və çağırışların öhdəsindən gəlməyə hər zaman hazırıq", - deyə sədr qeyd edib.

“Digital.Azerbaijan” brendi altında “Digital.Academy”, “Digital finance”, “Mygov”, “Digital docs”, “Digital login” və digər məhsul-layihələr üzrə işlər həyata keçiriləcək. Bununla yanaşı, Agentliyin brendə uyğun yenilənmiş veb-saytı yaxın zamanlarda təqdim olunacaq.

Həftənin ən çox oxunanları

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb
DAVAMIN OXU davamın oxu

XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edib

XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

“Google”dan rəsmi proqramlarla bağlı yenilik
DAVAMIN OXU davamın oxu

Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir

Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir
DAVAMIN OXU davamın oxu

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib
DAVAMIN OXU davamın oxu