Əsas məzmuna keç

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib

Prezident İlham Əliyev "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə"ni təsdiq edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana...

en ru

İlham Əliyev "Bir pəncərə" informasiya haqqında Əsasnamə"ni təsdiq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) idxal-ixrac, tranzit, və logistika sahələrində fəaliyyətin tam rəqəmsallaşdırılması istiqamətində tədbirlər görməlidirlər.

Bu məqsədlə dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında altı ay müddətində sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarını və sistemlərini təkmilləşdirməli, həmçinin onları İnformasiya Sistemi vasitəsilə "Bir pəncərə" informasiya sisteminə inteqrasiya etməlidirlər.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…