"Deputata atılan güllə səngərdəki əsgərə yönəlmişdi" - Deputat

"Deputata atılan güllə səngərdəki əsgərə yönəlmişdi" - Deputat
04.04.2023 17:40
Aa
dəq

“Terror aktı müstəqillik qazanandan bizə qarşı əvvəl bir az örtülü, ikinci Qarabağ savaşından sonra isə açıq şəkildə yeridilən düşmənçilik siyasətinin tərkib hissəsidir”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Sahib Alıyev bildirib.

Deputat sui-qəsdin cəhdinin təşkilində əlləri olanların bəlli bir hissəsinin qısa müddət ərzində tapıb məsuliyyətə cəlb edilməsini təqdirəlayiq adlandırıb:

“Sərhədlərimiz boyunca keçirilən hərbi təlimlərin, haylara hətta onların özlərində belə təəccüb və tərəddüd doğuran təkidli dəstək təkliflərinin, Tehrandakı səfirliyimizdə törədilən terrorun, dayanmadan bura narkotik maddələrin göndərilməsi kimi təxribatların arxasında hansı niyyət gizlənirsə, Fazil Mustafaya qarşı hücumda da məqsəd eyni olub. Amma bu terror aktını planlaşdıranların tez bir zamanda təsbit edilmələri, icraçıların həbs edilmə faktı da göstərdi ki, Tehran rejimi öz məqsədinə çatmayacaq, Azərbaycanı yolundan döndərə bilməyəcək,  dövlətimizə qarşı yönələn təxribatlarının qarşısı qətiyyətlə alınacaq, buradakı nökərləri qanunun sərt üzünü də görəcəklər”.

DTX və digər güc strukturularının göstərdiyi fəaliyyəti yüksək qiymətləndirən parlamentari bundan sonra da ölkəmizə qarşı istənilən təhdid və təxribata qətiyyətlə cavab veriləcəyini qeyd edib:

“Güc sturkturlarımızı, ilk növbədə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını göstərdikləri yüksək peşəkarlığa görə alqışlayıram. Onlar deputata qarşı terror aktının arxasında duran ölkənin bəlli strukturlarından nəinki peşəkarlıqda, prinsipiallıqda, əzm və təəssübdə də üstünlüklərini göstərdilər ki, fikrmcə, bu da bizim dövlət  idarəçilk modelimizin əmmaməli rejiminkindən nə qədər mütərəqqidirsə, bir o qədər də mükəmməl olmasının növbəti təsdiqidir.

Çox istərdim ki, cəmiyyətin də İran rəhbərliyinin Azərbaycana qarşı yeritdiyi siyasətə yanaşması tam adekvat olsun. Hələ qəflət yuxusunda yatanlar da anlasın ki, Fazil Mustafaya atılan güllə təkcə ona deyil, savaşda qazandığımız zəfərə, dövlətimizin güclənməsinə, əmin-amanlığımıza, səngərdəki əsgərimizə-hər birimizə yönəlmişdi. İnanclılarımız artıq dərk etməlidirlər ki, yaratdıqları terror şəbəkələrinə peyğəmbərimizin doğmalarının adlarını verənlər, xalqımızı narkotik dumanında boğmağa köklənənlər Quranın buyurduğu yox, babaları Həsən Sabbahın yoluyla gedirlər. Onlar sanki  “din tiryəkdir”  deyən Karl Marksa əməlləri ilə haqq qazandırmağa çalışırlar. Belələrindən uzaq durulmalı, nökərlərinə yerləri göstərilməlidir!”

Məlik Məlikov 

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu