Əsas məzmuna keç

David De Xea "Fiorentina"da qalır: İtaliya klubu qərarını dəyişdi

David De Xea "Fiorentina"da qalır: İtaliya klubu qərarını dəyişdi

İtaliya təmsilçisi 35 yaşlı qapıçı ilə bağlı transfer planlarını yenidən nəzərdən keçirib.

en ru

İtaliyanın “Fiorentina” klubunun ispaniyalı qapıçısı De Xeanın gələcəyi ilə bağlı qərar qəbul edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 35 yaşlı qolkiperlə bağlı daha əvvəl iddialarına baxmayaraq, klub rəhbərliyi futbolçunu komandada saxlamaq niyyətindədir.

Məlumata görə, tanınmış insayder Nikolo Skiranın yaydığı xəbərə əsasən, “Fiorentina” rəhbərliyi və məşqçilər korpusu David De Xeanı növbəti mövsümdə də əsas qapıçı kimi görür. Klubun bu qərarı təcrübəli futbolçunun komandaya verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.

Qeyd edək ki, David De Xea 2024-cü ildə “Fiorentina”ya keçib. İspan qapıçı ötən mövsüm bütün turnirlərdə 46 qarşılaşmada meydana çıxıb. Bu oyunlarda 59 qol buraxan De Xea 13 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Tərəflər arasında mövcud müqavilənin müddəti isə 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…