Daşaltı əməliyyatından 32 il ötür

Daşaltı əməliyyatından 32 il ötür
26.01.2024 00:00
Aa
dəq

Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 32 il ötür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.

Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.

Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.

Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.

Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.

Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib.

Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.

Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.

Qeyd edək ki, 2020-ci ilin noyabrın 9-da Azərbaycan Ordusu 1991-ci ildən erməni silahlı dəstələrinin işğalı altında olan Daşaltı kəndini azad edib. Beləliklə, 28 ildən sonra Daşaltı əməliyyatının qisası alınıb.

Həftənin ən çox oxunanları

Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib

Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
DAVAMIN OXU davamın oxu

ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh sazişini imzalamağın vaxtı çatıb

ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh sazişini imzalamağın vaxtı çatıb
DAVAMIN OXU davamın oxu

Ermənistan PUA-sı kəşfiyyat uçuşuna cəhd göstərdi - RƏSMİ

Ermənistan PUA-sı kəşfiyyat uçuşuna cəhd göstərdi - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var

Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var
DAVAMIN OXU davamın oxu

Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib

Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib
DAVAMIN OXU davamın oxu