Əsas məzmuna keç

Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlanıb

Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlanıb

Kosovoda meymunçiçəyi xəstəliyinə ilk yoluxma aşkarlanıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Kosovo Milli İctimai Sağlamlıq...

Kosovoda meymunçiçəyi xəstəliyinə ilk yoluxma aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Milli İctimai İnstitutu məlumat yayıb.

Məlumata görə, meymunçiçəyi ölkənin Afrikadan yenicə qayıdan 30 yaşlı vətəndaşında aşkar edilib: “30 yaşlı kişi Qərbi Afrika regionundakı ölkələrdən birindən qayıtdıqdan sonra, dekabrın 24-də xəstəxanaya yerləşdirilib. Xəstə yüksək hərarətdən, titrəmədən, üz və əllərdə ləkələrdən, qaşınmadan edir”.

Xəstənin səhhəti sabitdir. Onun ailə üzvləri və təmasda olduğu bütün şəxslər müayinə edilib, profilaktik tədbirlər görülür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ayın sonunda meymunçiçəyi epidemiyasının hələ də beynəlxalq səhiyyə sistemində fövqəladə vəziyyət olaraq qaldığını açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…