Əsas məzmuna keç

"Cratos Hall" restoranının rəhbərliyi cərimələnib

"Cratos Hall" restoranının rəhbərliyi cərimələnib

Bakıda atmosferi çirkləndirən restoran rəhbərliyi cərimələnib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik...

Bakıda atmosferi rəhbərliyi cərimələnib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev məlumat verib.

Qeyd olunub ki, ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən "Havanı kim çirkləndirir?" aksiyası çərçivəsində vətəndaşdan daxil olan əsasında Binəqədi rayonunda fəaliyyət göstərən "Cratos Hall" restoranından atmosferə tullantı atıldığı faktı təsdiqini tapıb.

Aparılan araşdırma və işləri zamanı sözügedən obyektdə təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib. Faktla bağlı obyektin səlahiyyətli nümayəndəsi Yaşar Qasımov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimələnib.

Restorandakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün Y.Qasımova məcburi göstəriş verilib”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…