Çinin Yinçuan şəhərindəki restoranların birində partlayış qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Hadisə nəticəsində 31 nəfər dünyasını dəyişib. Daha 7 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirlib.
İlkin məlumata görə, partlayışa səbəb qaz sızması səbəb olub .