NATO tarixinin ən böyük hava təlimi başa çatır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın ev sahibliyi ilə sabah başa çatacaq "Hava Müdafiəçisi - 2023" təliminə Türkiyənin də daxil olduğu 25 ölkədən 250 təyyarə və 10 mindən çox mütəxəssis qatılıb.
Qeyd olunub ki, ABŞ-nin təyyarələri isə ölkənin 35 müxtəlif əyalətindən havaya qalxıb. Bu təyyarələr Avropaya 380 tondan çox hərbi ləvazimat aparıb.