Operativ Məlumat Mərkəzi

KİV: İran ABŞ-ın hərbi bazalarını vuracağı ilə bağlı region ölkələrinə xəbərdarlıq edib

1 dəq
Paylaş:
KİV: İran ABŞ-ın hərbi bazalarını vuracağı ilə bağlı region ölkələrinə xəbərdarlıq edib
“Reuters“ə danışan anonim iranlı rəsmi İranın məsələ ilə bağlı region ölkələrinə xəbərdarlıq etdiyini bildirib.“Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən...

İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə, ABŞ-ın region ölkələrindəki hərbi bazalarını hədəf alacağı ilə bağlı xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Reuters“ə danışan anonim iranlı rəsmi İranın məsələ ilə bağlı region ölkələrinə xəbərdarlıq etdiyini bildirib.

“Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər region ölkələrinin diqqətinə çatdırıb ki, ABŞ İrana hücum etsə, Vaşinqtonun bu ölkələrdəki hərbi bazaları vurulacaq”, - anonim mənbə qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf da İrana hücum olacağı halda, ABŞ-ın regiondakı qüvvələrinin hədəfə alınacağını bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər