Çində Honq-Konq Xüsusi İnzibati Bölgəsində daimi yaşayan ABŞ vətəndaşının casusluq ittihamı ilə ömürlük həbs cəzasına məhkum edildiyi bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Cjiang əyalətinin Sucou şəhərinin Aralıq Xalq Məhkəməsi 2021-ci ilin aprelində Milli Təhlükəsizlik Bürosu tərəfindən saxlanılan Con Şinq-van Leunqla bağlı qərarını açıqlayıb.
Milli təhlükəsizlik səbəbiylə qapalı davam edən məhkəmə prosesinin sonunda 78 yaşında ABŞ vətəndaşı ömürlük həbsə və 500 min yuan (72 min dollar) məbləğində cəriməyə məhkum edilib.
Milli media xəbər verir ki, Leunq ABŞ və Çində yerli hökumətlərlə sıx əlaqələri olan iş adamıdır.
ABŞ-nin Pekindəki səfirliyi və Honq-Konq-Makao Baş Konsulluğu hələlik məsələ ilə bağlı açıqlama verməyib.