Əsas məzmuna keç

Çin yeni nəsil peykini kosmosa göndərib

Çin yeni nəsil peykini kosmosa göndərib

Çin kosmosa dəqiq aydınlıqla rəng müşahidələri apara bilən yeni nəsil dəniz müşahidə peykini göndərib. Bu barədə Çin mediası məlumat verib. Xəbərlərdə...

Çin kosmosa aydınlıqla rəng müşahidələri bilən yeni müşahidə peykini göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin mediası məlumat verib.

Xəbərlərdə peykin adı və orbital yeri ilə bağlı heç bir məlumat verilməsə də, beynəlxalq məlumat bazalarından və izləmə saytlarından əldə edilən məlumatlardan Günəş Sinxron Orbitində yerləşdirilən peykin "Hayyang 3A" olduğu məlum olub.

Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanan Hayyang peykləri rəng, temperatur və maddə hallarını təhlil edərək açıq dənizlərdə, ada və liman sahillərində su mühitini müşahidə edə bilir.

Bildirilib ki, dünyada yüksək rəng həssaslığına malik ilk peyk olan “Hayang 3A” Çinin dəniz marşrutlarında balıq ehtiyatlarından istifadənin və dənizlərin çirklənməsinin monitorinqi üçün məsafədən zondlama xidmətləri göstərəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…