Çin tək daşıyıcı raketlə kosmosa 41 peyk göndərməklə bu sahədə yeni milli rekorda imza atıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) verdiyi açıqlamaya görə, peyklər Şaanşi əyalətindəki Tayyuen Peyk Mərkəzindən Long March 2D raketi ilə buraxılıb.
Peyklər planlaşdırılan orbital mövqelərinə yerləşdikcə buraxılış ölkənin "bir anda kosmosa göndərilən ən çox peyk" missiyasına çevrilib.
Qeyd edək ki, Çində əvvəlki buraxılış rekordu iyunun 7-də CAS Space tərəfindən hazırlanmış ZK 1A raketi ilə eyni anda 26 peykin orbitə çıxarılması ilə yenilənmişdi.