Operativ Məlumat Mərkəzi

Çin Tayvana 100-dən çox hərbi təyyarə göndərib

1 dəq
Paylaş:
Çin Tayvana 100-dən çox hərbi təyyarə göndərib
bu barədə "Associated Press" məluma yayıb. Bu təyyarələr adanın yaxınlığında bazar günü səhər saat 06:00-dan bazar ertəsi səhər saat 06:00-a qədər...

Çin ordusu son 24 saat ərzində Tayvan yaxınlığındakı ərazilərə patrul xidmətinə 103 təyyarə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Associated Press" məluma yayıb.

Bu təyyarələr adanın yaxınlığında bazar günü səhər saat 06:00-dan bazar ertəsi səhər saat 06:00-a qədər görülüb. Bütün təyyarələr Tayvan hava məkanına çatmazdan əvvəl dönüblər.

Onların arasında 30-dan çox qırıcı və tanker təyyarəsi olub. Tayvan səlahiyyətliləri də əvvəlki 24 saat ərzində adanın yaxınlığında doqquz Çin döyüş gəmisini aşkar ediblər.

Tayvan höküməti Çin hərbçilərinin hərəkətlərini gərginliyin artmasına səbəb ola biləcək amil adlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər