Çin texnologiya, tədqiqat imkanlarını təkmilləşdirmək və sənaye tətbiqlərində yüksək emal gücündən yararlanmaq üçün superkompüterlərlə internet şəbəkəsi qurmağı planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, çinli Elm və Texnologiya Nazirliyi, universitetlərin layihə ilə bağlı fikirlərini almaq, tədqiqat qurumların və şirkət nümayəndələrinin, eləcə də qabaqcıl kompüter texnologiyaları mütəxəssislərinin iştirakı ilə görüş təşkil edib.
Ölkənin şimalındakı Tianjin şəhərində baş tutan görüşdə istifadəçilərin brauzer vasitəsilə bir-birinə bağlı çoxsaylı superkompüterlərə daxil ola biləcəyi şəbəkə modeli müzakirə olunub.
Superkompüterlər üzərində işləyən 15 universitet və tətbiq mərkəzinin nümayəndələri layihədə iştirak etmək istədiklərini və belə bir şəbəkənin sənayedəki problemlərə həllini təmin edəcəyi sistemdə iştirak etmək istəklərini ifadə etdilər, bunun bir çox problemi həll edə biləcəyini bildirdilər.
Layihənin kompüter sənayesindən başqa aviasiyadan əczaçılıq sənayesinə, meteorologiyadan maliyyəyə qədər bir çox sahədə tədqiqatçılar və praktikantlara yeni qapılar aça biləcəyi vurğulanıb.
Məlumatların təhlili və süni intellekt onların araşdırmalarının kompüter tutumuna artan ehtiyacı ortaya çıxardığı da vurğulanıb.
İclasda iştirak edən Çin Mühəndislik Akademiyasından Li Quojie Çinin hazırladığı superkompüterlərin dünyanın ən yaxşıları arasında olduğunu, lakin sənaye proqramlarında bu kompüterlərin istifadəsində geri qaldığını bildirərək, giriş icazəsi verilməli olduğunu qeyd edib.