Əsas məzmuna keç

Çin mübahisəli adalarda tikinti işləri ilə bağlı Filippinə etiraz etdi

Çin mübahisəli adalarda tikinti işləri ilə bağlı Filippinə etiraz etdi

Tszyan Bin Cənubi Çin dənizindəki Spratli arxipelaqında Filippinin apardığı fəaliyyətə sərt reaksiya verib. Pekin suverenlik üçün hansı addımları atacaq?

en ru

" Xalq Azadlıq Ordusu Cənubi Çin dənizində Çin tərəfinin məxsus hesab etdiyi adalarda Filippinin apardığı ilə bağlı etirazını bildirib".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tszyan Bin deyib.

O, bildirib ki, Filippinin qanunsuz şəkildə zəbt etdiyi Çin adaları və riflərində, o cümlədən Çjunye (Titu) və Mahuan bölgələrində həyata keçirdiyi tikinti işlərinə qəti şəkildə qarşı çıxırlar:

"Çin öz ərazi suverenliyini, dənizdəki hüquq və maraqlarını qorumaq üçün zəruri tədbirlər görəcək”.

Rəsmi nümayəndə peyk görüntülərinə əsaslanan məlumatları şərh edib. Həmin məlumatlara görə, Filippin tərəfi Pekinin özünə aid hesab etdiyi Nanşa (Spratli) arxipelaqı ətrafında infrastrukturun modernləşdirilməsi işləri aparır.

Tszyan Bin vurğulayıb ki, Çin qeyd olunan adalar və onlara bitişik dəniz əraziləri üzərində mübahisəsiz suverenliyə malikdir.

Qeyd edək ki, Pekin artıq bir neçə onillikdir ki, Cənubi Çin dənizində və kontinental şelfdə böyük karbohidrogen ehtiyatlarının aşkar edildiyi bəzi ərazilərin mənsubiyyəti ilə bağlı bir sıra ölkələrlə mübahisə aparır.

Söhbət Parasel adaları (Sişa), Nanşa arxipelaqı və Xuanqyan (Skarboro) rifindən gedir. Bu mübahisələr Bruney, Vyetnam, Malayziya və Filippin ilə bağlıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…