Əsas məzmuna keç

Çin G7-ni iqtisadi məsələləri siyasiləşdirməməyə çağırıb

Çin G7-ni iqtisadi məsələləri siyasiləşdirməməyə çağırıb

ölkələri, o cümlədən G7-ni ticarət-iqtisadi məsələlərin siyasiləşdirilməsi və silah kimi istifadə edilməsindən, həmçinin Soyuq Müharibə dövrünə xas düşüncə tərzindən imtina etməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Czyan G7 ölkələrinin nazirlərinin birgə bəyanatını şərh edərkən bildirib.

“G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında yenidən faktlar görməzlikdən gəlinib, anlayışlar təhrif edilib, qarşı qəsdən böhtan və nüfuzdan salma kampaniyası aparılıb, həmçinin ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə olunub. Faktlar göstərir ki, guya Çinin artıq istehsal gücü’və bazar prinsiplərinə zidd davranışı iddiaları əsassız yalandır. ‘G7’ ölkələri ticarət-iqtisadi məsələləri siyasiləşdirməyi və silahlaşdırmağı dayandırmalı, beynəlxalq ticarət-iqtisadi sistemi və qlobal rəqabəti zədələməməlidirlər”, - o qeyd edib.

Çin XİN-in nümayəndəsi həmçinin G7 ölkələrini hadisələrin real mənzərəsini qəbul etməyə və Soyuq Müharibə dövrünün düşüncə tərzindən imtina etməyə çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…