Çinin Quansi-Çjuan muxtar rayonunun cənub hissəsində yerləşən Lyuçjou şəhərində donuz fermasında baş verən yanğın nəticəsində beş nəfər həlak olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Yerli yanğınsöndürmə və xilasetmə xidmətlərinin məlumatına görə, bazar günü baş verən yanğın artıq söndürülüb.
Yanğının səbəbləri araşdırılır.