Əsas məzmuna keç

Çin Amerika filmlərinin nümayişini dayandıracaq

Çin Amerika filmlərinin nümayişini dayandıracaq

Çin Vaşinqton və Pekin arasında ticarət müharibəsi fonunda Amerika filmlərinin nümayişini dayandırmağı planlaşdırır. Bu barədə Çin Dövlət Kino...

Çin və Pekin arasında ticarət müharibəsi fonunda filmlərinin nümayişini dayandırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Dövlət Kino Administrasiyası bəyanat yayıb.

“ABŞ hökumətinin Çinə qarşı rüsumlardan sui-istifadə etməklə bağlı səhv təcrübəsi qaçılmaz olaraq tamaşaçıların Amerika filmlərinə marağının daha da azalmasına gətirib çıxaracaq”, - nazirliyin bəyanatında deyilir.

“Biz bazar qaydalarına əməl edəcəyik, tamaşaçı seçimlərinə hörmətlə yanaşacağıq və olunan Amerika filmlərinin sayını əsaslı şəkildə azaldacağıq”,- deyə məlumatda qeyd olunub.

ABŞ prezidenti Tramp daha əvvəl Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarının 125 faizə qədər artırılacağını açıqlamışdı. Çin hökuməti aprelin 10-da ABŞ-dan idxal olunan mallara rüsumları 84%-ə qaldıracağını açıqlayıb. Bu tədbir Vaşinqtonun hərəkətlərinə cavab olaraq atılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…