Ceyhun Bayramov Koreya XİN başçısının xüsusi nümayəndəsi ilə görüşüb

Ceyhun Bayramov Koreya XİN başçısının xüsusi nümayəndəsi ilə görüşüb
23.06.2023 17:51
Aa
dəq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon arasında görüş keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib. Ölkələrimiz arasında, iqtisadiyyat, yüksək texnologiyalar, enerji, təhsil, turizm və bir sıra digər istiqamətlərdə əməkdaşlıqdan məmnunluq ifadə olunub. Ölkələrimiz arasında təhsil sahəsində artan əməkdaşlığın, Koreya təhsil standartları əsasında yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələrimiz arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğunu bildirib.

Nazir daha sonra 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Koreya xüsusi nümayəndəsi öz növbəsində iki ölkə arasında əlaqələrin uğurlu inkişafını vurğulayaraq, Koreyanın Azərbaycanla investisiya, təhsil, gəmiçilik, ərazilərin minalardan təmizlənməsi, nəqliyyat, kommunikasiya, su ehtiyatlarının idarə edilməsi və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub. Koreya şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu