Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov: Azərbaycan Çinlə strateji tərəfdaşlığın genişləndirilməsinə xüsusi önəm verir

3 dəq
Paylaş:
Ceyhun Bayramov: Azərbaycan Çinlə strateji tərəfdaşlığın genişləndirilməsinə xüsusi önəm verir

Çin Xalq Respublikasını əsas iqtisadi tərəfdaşlarından biri hesab edir və ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük əhəmiyyət verir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə naziri Çinin Global Times nəşrinə verdiyi müsahibədə bildirib.

Nazir qeyd edib ki, Azərbaycan öz nəqliyyat infrastrukturu və tranzit imkanlarını Çinin dəstəklədiyi təşəbbüslərlə uyğunlaşdırmağa və Orta Dəhlizin Şərqlə Qərb arasında etibarlı nəqliyyat marşrutu kimi mövqeyini möhkəmləndirməyə strateji baxımdan önəm verir.

C.Bayramovun sözlərinə görə, Bakı Çinlə təhsil, mədəniyyət, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini də prioritet istiqamətlərdən biri hesab edir. Bu əməkdaşlıq iki ölkə xalqları arasında qarşılıqlı anlaşma və etimadın güclənməsinə xidmət edir.

naziri vurğulayıb ki, Azərbaycan–Çin münasibətləri uzunmüddətli, çoxölçülü və qarşılıqlı faydaya əsaslanan hərtərəfli strateji tərəfdaşlıq modelidir. Onun sözlərinə görə, bu tərəfdaşlıq ölkə liderləri arasında möhkəm münasibətlərə, qarşılıqlı siyasi etimada və yüksək səviyyəli dialoqa söykənir.

Nazir, həmçinin bərpa olunan enerji, “yaşıl” texnologiyalar və davamlı inkişaf sahələrində əməkdaşlığın gələcəyə yönəlmiş prioritet istiqamətlərdən biri olduğunu bildirib.

Ceyhun Bayramov Azərbaycanın da daxil olmaqla, beynəlxalq və regional platformalar çərçivəsində Çinlə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu da diqqətə çatdırıb. Onun fikrincə, bu çoxtərəfli mexanizmlər regional problemlərin həlli, dialoq və etimadın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.

“Azərbaycanın regional diplomatiya sahəsində təcrübəsi və Çinin qlobal təsir imkanları birgə şəkildə etimadın möhkəmləndirilməsinə mühüm töhfə verə bilər”, – deyə nazir əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax