Əsas məzmuna keç

Ceyhun Bayramov Arye Laytstounla görüşüb

Ceyhun Bayramov Arye Laytstounla görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov və ABŞ-ın keçmiş diplomatı Arye Laytstoun ikitərəfli əlaqələri müzakirə ediblər. Görüşdə nələr danışıldı? Ətraflı oxuyun.

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • XİN-in məlumatına görə, Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.
  • Görüşdə Azərbaycan-ABŞ münasibətləri, regional məsələlər və Azərbaycan-Ermənistan normallaşması müzakirə olunub.
  • Tərəflər strateji tərəfdaşlığın inkişafı və razılaşmaların praktiki nəticələrlə zənginləşdirilməsi səylərinin davamını vacib sayıb.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

naziri ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş tarixi Zirvə görüşünün əhəmiyyətini qeyd edib. Vaşinqtonda əldə olunmuş razılaşmaların ardınca ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə sürətli inkişafının məmnunluq doğurduğu bildirilib.

Bu çərçivədə, 10 fevral 2026-cı il tarixində imzalanmış Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının ikitərəfli əlaqələrin institusional əsaslarının daha da möhkəmləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Xartiyanın icrası çərçivəsində yaradılmış işçi qruplarının fəaliyyəti və qarşıdakı dövr üçün konkret layihə və yol xəritələrinin müəyyənləşdirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.

Azərbaycan-ABŞ iqtisadi və əməkdaşlığının genişləndirilməsi məsələlərinə toxunulub. Bu çərçivədə, Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, investisiya, yüksək texnologiyalar və digər sahələrdə əldə olunmuş razılaşmaların ikitərəfli strateji tərəfdaşlığın iqtisadi əsaslarının gücləndirilməsinə töhfəsi qeyd edilib.

Azərbaycanın regionun enerji, və logistika potensialının inkişaf etdirilməsi, Orta Dəhlizin genişləndirilməsi, investisiyaların təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində həyata keçirdiyi infrastruktur layihələri barədə məlumat verilib.

TRIPP layihəsinin regionda nəqliyyat və iqtisadi bağlantıların inkişafına, Azərbaycan ərazisindən onun Naxçıvan Muxtar Respublikasına maneəsiz bağlantının təmin edilməsinə və daha geniş regional tranzit imkanlarının formalaşdırılmasına mühüm töhfə verəcəyi vurğulanıb.

Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında da fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi istiqamətində atdığı addımlar, əldə olunmuş razılaşmaların həyata keçirilməsi, regional kommunikasiyaların açılması və regionda davamlı sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə qarşı tərəfi məlumatlandırıb, ölkəmizin mövqeyini diqqətə çatdırıb.

Tərəflər Azərbaycan-ABŞ strateji tərəfdaşlığının bundan sonra da qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə inkişaf etdirilməsi və əldə olunmuş razılaşmaların praktiki nəticələrlə zənginləşdirilməsi istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…