Əsas məzmuna keç

Prezident: Azərbaycan ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar dəstək verir

Prezident: Azərbaycan ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar dəstək verir

İlham Əliyev COP29 çərçivəsində SIDS ölkələrinə dəstəyini açıqladı. Rəsmi Bakının ayırdığı 10 milyon dollar qlobal iqlim dəyişikliyi ilə mübarizəyə necə təsir edəcək?

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • Azərbaycan kiçik ada dövlətlərində iqlim layihələrinə 5 il ərzində 10 milyon ABŞ dolları yardım göstərir.
  • İnkişaf etməkdə olan 10-dan çox kiçik ada dövlətinin vətəndaşları Təhsil Qrantı Proqramı ilə Azərbaycanda təhsil alıb.
  • Millətlər Birliyi ilə əməkdaşlıqda Azərkosmosun peyk məlumatlarından ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün istifadə nəzərdə tutulur.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

inkişaf etməkdə olan kiçik ada dövlətlərində iqlim dəyişmələri ilə mübarizə sahəsində layihələri dəstəkləmək üçün 5 il müddətində 10 milyon dolları məbləğində yardım göstərir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikirlər İlham Əliyevin 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciətində yer alıb.

qeyd edib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətlərdə yeni bir mərhələnin əsasını qoydu:

"2024-cü ildə Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin İqlim Dəyişmələri üzrə Liderlər Sammiti həmin dövlətlərin üzləşdiyi çağırışlar barədə məlumatlılığı artırmaq üçün mühüm platforma rolunu oynadı. Bu Sammitdə inkişaf etmiş bütün ölkələri, xüsusilə də müstəmləkə keçmişi olan ölkələri inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlim dəyişmələri ilə mübarizədə dəstək olmaq üçün töhfələrini əhəmiyyətli dərəcədə artırmağa çağırdım".

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan çoxtərəfli əməkdaşlıqla yanaşı, inkişaf etməkdə olan kiçik ada dövlətlərini onların milli prioritetlərinə və inkişaf üzrə ehtiyaclarına uyğunlaşdırılmış ikitərəfli əməkdaşlıq vasitəsilə də dəstəklədi:

"Dünyada ən çox fəlakətlə üzləşən bir sıra ölkələrə qasırğaların, zəlzələlərin və daşqınların təsirlərinin azaldılmasında dəstək verdik. Həmçinin su təchizatı, ərzaq təhlükəsizliyi və mədəni irsin bərpası layihələrini dəstəklədik. İnkişaf etməkdə olan 10-dan çox kiçik ada dövlətinin Təhsil Qrantı Proqramımızdan faydalanması onların vətəndaşlarına Azərbaycandakı universitetlərdə təhsil almasına imkan yaratdı".

Dövlət başçısı qeyd edib ki, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə dayanıqlılığını artırmaq üçün daha bir mühüm addım olaraq, 2024-cü ildə Azərbaycan və Millətlər Birliyi arasında Birgə Bəyannamə imzalanıb.

"Azərbaycan bu ölkələrdə iqlim dəyişmələri ilə mübarizə sahəsində layihələri dəstəkləmək üçün 5 il müddətində 10 milyon ABŞ dolları məbləğində yardım göstərir. Millətlər Birliyi ilə əməkdaşlığımız, həmçinin ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycan Kosmik Agentliyi - Azərkosmos tərəfindən təqdim edilən peyk məlumatlarından istifadəni də nəzərdə tutur".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…