Əsas məzmuna keç

Ceyhun Bayramov Əraqçi ilə Azərbaycan-İran münasibətlərini müzakirə edib

Ceyhun Bayramov Əraqçi ilə Azərbaycan-İran münasibətlərini müzakirə edib

XİN rəhbərləri regiondakı gərginliyi və strateji əməkdaşlığı dəyərləndirib. Tehran və Bakı arasında diplomatik dialoqun detalları açıqlanıb.

en ru

Azərbaycanın naziri ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında aparılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov həmkarı Seyid Abbas Əraqçinin bacısının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib, mərhumun ailəsinə və yaxınlarına səbir diləyib.

Nazirlər Azərbaycanla İran münasibətlərin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Söhbət zamanı həmçinin regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Regional , sabitlik və təhlükəsizliyin təmin olunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi qeyd olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…