Əsas məzmuna keç

Cey Di Vens Paşinyanla görüşəcək

Cey Di Vens Paşinyanla görüşəcək

ABŞ vitse-prezidenti İrəvanda Nikol Paşinyanla bir araya gəlir. Uşa Vens və Ceykob Helberqin qatıldığı səfərin Bakı proqramı və mühüm bəyanatların detalları burada.

en ru

ABŞ-nin vitse-prezidenti Cey Di bu axşam Ermənistana səfər edərək, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

“Operativ Məlumat Mərkəzi-OMM”-in yerli KİV-ə istinadən verdiyi məlumata görə, görüşdən sonra hər iki tərəf mətbuat üçün bəyanatlarla çıxış edəcək.

Vitse-prezident Vens səfəri zamanı həyat yoldaşı Uşi Vens tərəfindən müşayiət olunacaq. Əvvəlcədən verilən məlumatlara görə, onun Ermənistana səfəri 9-10 fevral, Azərbaycana səfəri isə 10-11 fevral tarixlərində planlaşdırılıb.

Qeyd edək ki, vitse-prezidentinin Azərbaycana səfəri zamanı onu Katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…