Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Çevikçi” kursunu bitirən hərbçilərə beretlər təqdim olundu

2 dəq
Paylaş:
“Çevikçi” kursunu bitirən hərbçilərə beretlər təqdim olundu

Dövlət Sərhəd Xidmətinin (DSX) xüsusi təyinatlıları üçün əlamətdar gün: "N" saylı hərbi hissədə "Çevikçi" uğurla başa vuran hərbi qulluqçulara fəxri təqdim olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”DSX-nin mərkəzindən məlumat verilib.

DSX rəisi, general-polkovnik Elçin çıxış edərək bildirib ki, , Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda aparılan məqsədyönlü islahatlar ölkənin müdafiə qüdrətini yeni mərhələyə yüksəldib. Bu strategiyanın tərkib hissəsi olaraq, DSX-nin maddi-texniki bazası ən müasir tələblər səviyyəsində gücləndirilib.

Tədbirdə vurğulanıb ki, şəxsi heyət müasir dövrün tələblərinə cavab verən, vətənpərvər və yüksək intizamlı qüvvə kimi formalaşır. Çevik Hərəkət Qüvvələrinin təşkil etdiyi "Çevikçi" kursunu bitirənlərə bu gün təqdim edilən beretlər onların peşəkarlığının, döyüş hazırlığının və vətənə sədaqətinin əsas rəmzidir.

Beretləri qəbul edən hərbi qulluqçular dövlətçilik ideyalarına daim sadiq qalacaqlarına, Azərbaycanın müdafiəsinə hər an hazır olacaqlarına və bu amal uğrunda canlarını əsirgəməyəcəklərinə and içiblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax