Əsas məzmuna keç

Çerniqovda xilasetmə işləri başa çatıb

Çerniqovda xilasetmə işləri başa çatıb

Ötən gün raket hücumuna məruz qalan Çerniqov şəhərində axtarış-xilasetmə işlər yekunlaşıb. Əməliyyatlar zamanı daha 4 nəfərin meyiti dağıntılar altından...

Ötən gün hücumuna məruz qalan şəhərində axtarış-xilasetmə işlər yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatlar zamanı daha 4 nəfərin meyiti dağıntılar altından çıxarılıb və ölü sayı 18-ə çatıb.

Şəhərin Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus hücum nəticəsində 78 nəfərin isə yaralandığını bildirib. Zərər 37 şəxs xəstəxanada müalicə olunur.

Vəziyyətlə ilə əlaqədar bugün Çerniqov vilayətində matəm günü elan edilib.

Xatırladaq ki, ötən gün şəhərə atılan 3 raketden biri 8 mərtəbəli yaşayış binasına tuş gəlib.

Hadisə nəticəsində şəhərin mülki və sosial infrastrukturuna ciddi ziyan dəyib.

Hücum Ukraynanın Krımda hərbi aerodromunu vurmasından bir neçə saat sonraya təsadüf edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…