Əsas məzmuna keç

Çerçesov: “Qarabağ”la oyunda 15 dəqiqəlik zəif çıxış bizi turnirdən kənarda qoydu"

Çerçesov: “Qarabağ”la oyunda 15 dəqiqəlik zəif çıxış bizi turnirdən kənarda qoydu"

“Qarabağ”la oyunda 15 dəqiqəlik zəif çıxış bizi Çempionlar Liqasından kənarlaşdırmağa kifayət etdi”. Bunu Macarıstanın “Ferentsvaroş” klubunun baş...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“”la oyunda 15 zəif çıxış bizi Çempionlar Liqasından kənarlaşdırmağa kifayət etdi”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Macarıstanın “Ferentsvaroş” klubunun Stanislav Çerçesov mətbuatına müsahibəsində deyib.

Hədəflərinin növbəti mövsüm Çempionlar Liqasının qrupuna düşmək olduğunu bildirən rusiyalı mütəxəssis cari mövsüm bunu bacara bilməmələrini ani diqqətsizliklə əlaqələndirib.

Çerçesovun fikrincə, III təsnifat mərhələsində çempionu “Qarabağ”la görüşdə qalib gələ bilərdilər: “Qrupa düşmək üçün 8 oyun keçirməlisən ki, bu da ayrıca bir mövsümə bərabərdir. Ora qədər irəliləmək həm də prestij və maliyyə baxımından böyük şansdır. Bu mövsüm “Qarabağ”la qarşılaşmada imkanı qaçırdıq. Gələn mövsüm bunun təkrarlanmaması üçün heyəti gücləndirməliyik”.

Qeyd edək ki, “Qarabağ” Bakıda heç-heçə etdiyi (1:1) “Ferentsvaroş”a Budapeştdə 3:1 hesabı ilə qalib gələrək mübarizəni davam etdirmişdi. Macarıstan təmsilçisi Konfrans Liqasının 1/8 final mərhələsinə qədər irəliləməyi bacarmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…