Operativ Məlumat Mərkəzi

Cənubi Koreyanın kiçik peyki “Neonsat-1” orbitə buraxılıb

1 dəq
Paylaş:
Cənubi Koreyanın kiçik peyki “Neonsat-1” orbitə buraxılıb

Cənubi Koreyanın “Neonsat-1” kiçik peyki Yeni Zelandiyadakı kosmodromdan atılan “Rocket Lab”la istifadə ilə hədəf orbitinə buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Koreya Respublikasının Elm, İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi xəbər yayıb.

Peyk 50 dəqiqə sonra 520 km yüksəkliyə buraxılıb. “Neonsat-1” Koreya Respublikasının Elm və Texnologiya İnstitutu tərəfindən hazırlanıb və yarımadanın monitorinqi üçün nəzərdə tutulub.

Ümumilikdə 11 “Neonsat-1” peykinin orbitə çıxarılması planlaşdırılır. Beş peykin 2026-cı ilin iyununda, daha beş peykin isə 2027-ci ilin sentyabrında orbitə buraxılacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər