Aprelin 28-dən Seul Rusiyaya qarşı ixrac sanksiyalarını daha 741 mal, o cümlədən dəyəri 50 min dollardan çox olan avtomobil hissələri, yarımkeçiricilər, tikinti avadanlıqları və qiymətli daşlar üzrə genişləndirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın Ticarət Nazirliyi aprelin 28-dən etibarən Rusiya və Belarusa ixracı üçün hökumətdən xüsusi icazə almalı olan malların siyahısını 57-dən 798-ə qədər genişləndirəcək.
Cənubi Koreyanın ən böyük avtomobil şirkətləri də Rusiyadan tamamilə çıxmağı istisna etməyiblər.