Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, oktyabrın 19-da Valeh Ələsgərovun 80 yaşı tamam olacaq.