Operativ Məlumat Mərkəzi

"Çelsi" Silva ilə bağlı qərar verib

1 dəq
Paylaş:
"Çelsi" Silva ilə bağlı qərar verib
bu barədə insayder Nikolo Şira sosial şəbəkələrdə məlumat verib. London klubu təcrübəli braziliyalını 2025-ci ilin yayına kimi komandada saxlamaq...

"Çelsi" klubu 39 yaşlı mərkəz müdafiəçisi Tiaqo Silva ilə yeni müqavilə bağlamaq istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə insayder Nikolo Şira sosial şəbəkələrdə məlumat verib.

London klubu təcrübəli braziliyalını 2025-ci ilin yayına kimi komandada saxlamaq istəyir. Tərəflər arasında mövcud müqavilə gələn il iyunun sonunda başa çatır.

Xatırladaq ki, Tiaqo 2020-ci ildə London komandasına keçib. İngiltərə Premyer Liqasının bu mövsümündə müdafiəçi səkkiz oyun keçirib və bir sarı vərəqə alıb.

Premyer Liqanın 11 turunun nəticələrinə əsasən, "Çelsi" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər