İngiltərənin "Çelsi" klubu yay transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, “aristokratlar” “Lill”in hücumçusu Conatan Devid və müdafiəçisi Leni Yoronu hədəfə alıblar.
London klubunun əməkdaşları tezliklə Fransa komandası ilə potensial transfer şərtləri ilə bağlı müzakirələrə başlayacaqlar.