ABŞ-də Afrikalı gənc çayda boğulan 4 uşağı xilas etmək istəyərkən özü boğulub.
"Operativ Məlumat Mərkəzi-OMM" "NeW York Post"a istinadən xəbər verir ki, gənc Floridaya səfər edərkən su axınında ilişib qalan dörd kiçik uşağı xilas etmək üçün fədakarcasına hərəkətə keçdikdən sonra boğulub.
Xilas etdiyi uşaqların səhhətində isə heç bir problem olmadığı qeyd edilib.