Əsas məzmuna keç

Çavuşoğlu İsveçin xarici işlər nazirinə cavab verib

Çavuşoğlu İsveçin xarici işlər nazirinə cavab verib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billströmə cavab verib. "Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi xəbərə görə,...

Türkiyənin naziri Çavuşoğlu isveçli həmkarı Billströmə cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi xəbərə görə, Çavuşoğlu “Twitter“ hesabında etdiyi paylaşımda İsveçi üzvlüyünə dair Madriddə imzalanmış Üçtərəfli Memorandumdan irəli gələn öhdəlikləri yerinə yetirməyə və terrorizmlə mübarizədə konkret addımlar atmağa çağırıb.

Qeyd edək ki, daha əvvəl İsveç XİN rəhbəri bu gün Osloda keçirilən NATO Xarici İşlər Nazirlərinin görüşünün nəticələrinə dair paylaşımında bu iclasın “İsveçin NATO-ya üzvlüyü məsələsində Tükiyə və Macarıstana qarşı güclü mesaj” olduğunu bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…