“Bütün diqqətimizi İngiltərə çempionatına yönəltməliyik” – Konte

“Bütün diqqətimizi İngiltərə çempionatına yönəltməliyik” – Konte
09.03.2023 14:05
Aa
dəq

“Tottenhem”in baş məşqçisi Antoni Konte UEFA Çempionlar Liqasının 1/8 finalının “Milan”la cavab matçını (0:0) dəyərləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularını qınamadığını bildirib:

“İlk oyunda hər iki komandanın əsas oyunçuları yox idi. “Milan” onları cavab görüşündə heyətinə cəlb edə bildi.

İlk hissədə bəzi məqamlarda səbrimiz çatmadı. Görüşün ilk dəqiqəsindən qarşımıza qoyduğumuz vəzifə hücuma çıxmaq və yüksək təzyiq göstərmək idi. Lakin rəqib bunun öhdəsindən yaxşı gəldi. Futbolçuları qınaya bilmərəm. Çünki onlar əllərindən gələni etdilər.

Məncə, biz keçən mövsümlə müqayisədə xeyli yaxşılaşmışıq və daha da yaxşı olmalıyıq. Bütün diqqətimizi İngiltərə çempionatına yönəltməliyik. Cari mövsümü mümkün qədər yaxşı başa vurmalıyıq”.

İki oyunun nəticəsinə əsasən, “Tottenhem” “qırmızı-qaralar”a 0:1 hesabı ilə məğlub olaraq, turnirdə mübarizəni dayandırıb.

Həftənin ən çox oxunanları

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu

"Mançester Yunayted" ulduz futbolçularını itirə bilər

DAVAMIN OXU davamın oxu