Əsas məzmuna keç

Burkina Fasoda yeni hökumət elan edilib

Burkina Fasoda yeni hökumət elan edilib

müvafiq fərmanı hökumətin mətbuat xidməti yayıb. Ölkənin yeni baş naziri vəzifəsinə keçmiş jurnalist, rabitə, mədəniyyət, incəsənət və turizm naziri...

Burkina Fasonun keçid prezidenti İbrahim Traore əvvəlki kabinetin istefasından üç gün sonra yeni hökuməti elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq fərmanı hökumətin mətbuat xidməti yayıb.

Ölkənin yeni baş naziri vəzifəsinə keçmiş jurnalist, rabitə, mədəniyyət, incəsənət və turizm naziri vəzifələrində Jan Emmanuel Uedraoqo təyin edilib.

Yeni kabinetdə Xarici İşlər Nazirliyinin rəhbəri, Ədliyyə Nazirliyinin rəhbəri, Təhlükəsizlik naziri və İqtisadiyyat naziri öz vəzifələrini saxlayıblar.

General Selestin Simpore Müdafiə Nazirliyinə rəhbərlik edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…