Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bürgenstok danışıqları: 18 saatlıq razılaşma necə pozuldu?

4 dəq
Paylaş:
Bürgenstok danışıqları: 18 saatlıq razılaşma necə pozuldu?

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai bildirib ki, İsveçrənin şəhərində keçirilən danışıqların iştirakçıları gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün xüsusi bir mexanizm yaratmaq qərarına gəliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, TASS agentliyi ABŞ və İran arasında keçirilən bu gərgin müzakirələrin əsas nəticələrini tərtib edib.

Ədə olunan ilkin irəliləyişlərə baxmayaraq, ABŞ-nin sabiq prezidenti Donald Trampın bəyanatları danışıqların gedişatına ciddi zərbə vurub.

Sözçü Bəqayinin sözlərinə görə, İran ABŞ ilə danışıqların cari mərhələsində işini başa çatdırıb. Bildirilib ki, tərəflər 18 gərgin müzakirələr zamanı əldə edilən razılaşmaların mətnini və yekun sənədi təqdim etməyə hazırlaşırlar. Bürgenstok müzakirələri zamanı Qətər və Pakistanın vasitəçiliyi sayəsində Tehran neft ixracı və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması da daxil olmaqla bir sıra mühüm məsələlərdə razılığa gələ bilib. İranın naziri Abbas Əraqçi də X sosial şəbəkəsində bu irəliləyişi təsdiqləyib.

Bununla belə, Bəqayi vurğulayıb ki, ABŞ ilə yekun sazişə keçmək üçün rəsmi Tehranın əsas şərtləri İran neftinin satışı üçün lisenziyaların verilməsi, dondurulmuş aktivlərin qaytarılması və Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların tam dayandırılmasıdır. İran tərəfi xüsusilə İsrailin atəşkəs rejiminə dair öhdəliklərinə ciddi şəkildə riayət etməsini tələb edir.

Amerika adından çıxış edən rəsmi şəxs ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə (J.D. Vance) birlikdə keçirilən mətbuat konfransında qeyd edib ki, İsvəçrədəki dördtərəfli danışıqlar İranın Hörmüz boğazı ilə bağlı "bəzi yanlış siqnallarını" aydınlaşdırmağa imkan verib. Diplomatın sözlərinə görə, məsləhətləşmələr zamanı boğazın gəmiçilik üçün tam açıq qalmasını təmin edəcək münaqişələrin qarşısının alınması mexanizmləri və Livanın cənubunda atəşkəsə riayət olunması məsələləri diqqət mərkəzində olub.

Danışıqların müsbət məcrada davam etdiyi bir vaxtda, ABŞ Prezidenti Donald Trampın "TruthSocial" şəbəkəsində Livandakı vəziyyətə görə Amerika qüvvələrinin İrana qarşı yeni hərbi zərbələr endirə biləcəyi ilə bağlı təhdid dolu paylaşımı vəziyyəti tamamilə dəyişib.

İranın "Press TV", "Əl-Aləm" və "Tasnim" agentliklərinin yaydığı məlumatlara görə, İran nümayəndə heyəti bu bəyanatlara kəskin etiraz edərək memorandum danışıqlarının keçirildiyi yeri tərk edib və prosesi tamamilə dayandırıb. İsveçrədəki heyətin rəhbəri, Parlamentin sədri Məhəmməd Bağır Qalibaf Amerika tərəfinə İslam Respublikasına qarşı təhdidlərlə bağlı bəyanatlarında daha diqqətli olmağı tövsiyə edib.

"Əl-Mayadeen" televiziyası isə qeyd edib ki, rəsmi Tehran ABŞ tərəfi bu hədələrə görə üzr istəməyənə qədər masaya qayıtmayacaq. Hazırda tərəflər yalnız Qətər və Pakistan vasitəsilə mesaj mübadiləsi aparırlar. Son məlumatlara görə, yaranmış gərginlik səbəbindən iyunun 22-nə planlaşdırılan texniki məsləhətləşmələrin davam etdirilməsi gözlənilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax