Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Bakının Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-yə istinadən xəbər verir.
Kəsintilər
- Bakı, Binəqədi Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
- Bakı, Sabunçu Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
- Bakı, Xəzər Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
- Bakı, Suraxanı Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
- Bakı, Pirallahı Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
Məlumata görə, sabah səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq.
Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.