Əsas məzmuna keç

Bu, qlobal faiz dərəcələrini uzun müddət yüksək saxlayacaq

Bu, qlobal faiz dərəcələrini uzun müddət yüksək saxlayacaq

Bloomberg-in təhlilinə görə, İran-İsrail gərginliyi və enerji böhranı dünya iqtisadiyyatını 2028-ci ilədək çətin sınaq qarşısında qoyur. ÜDM-ə təsir nə olacaq?

en ru

və İsrailin İrana qarşı müharibəsinin yaratdığı iqtisadi nəticələr səbəbindən dünya iqtisadiyyatı uzun müddət yüksək uçot faiz dərəcələri dövrü ilə üzləşəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə agentliyi məlumat yayıb.

Bildirilib ki, dünyanın aparıcı iqtisadiyyatlarının mərkəzi banklarının orta uçot faiz dərəcəsi ən azı 2028-ci ilə qədər yüksək səviyyədə qalacaq.

Analitiklərin hesablamalarına görə, 2026-cı ilin sonuna orta uçot faiz dərəcəsi 5,1 faiz təşkil edəcək. Bu göstərici yanvar ayında – İranda müharibə başlamazdan əvvəl verilən 4,41 faizlik proqnozdan xeyli yüksəkdir.

Qeyd olunub ki, 2027-ci ilin sonuna bu göstərici 4,5 faizə enəcək. Bu isə yanvar proqnozu ilə müqayisədə 0,75 faiz bəndi yüksək olacaq.

2028-ci ildə də yeni proqnoz əvvəlki qiymətləndirməni təxminən 0,5 faiz bəndi üstələyəcək.

Hesabatda bildirilir ki, inflyasiya risklərinin artmasına İranla bağlı müharibə zamanı Hörmüz boğazı vasitəsilə gəmi daşımalarının dayanmasının yaratdığı böhranının nəticələri, eləcə də texnologiyalarının sürətlə tətbiqi təsir göstərir.

Bu proqnoz isə qlobal ümumi daxili məhsulun () təxminən 90 faizini formalaşdıran 23 ölkəni əhatə edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…