Əsas məzmuna keç

Bu ilin sonuna orta aylıq pensiya 527 manat proqnozlaşdırılır

Bu ilin sonuna orta aylıq pensiya 527 manat proqnozlaşdırılır

“Cari ilin sonuna görə orta aylıq pensiya 527,3 manat olaraq proqnozlaşdırılır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində layihələr davam edir. Növbəti ildə DSMF-nin xərcləri cari ildən 10,5 % çoxdur. Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat, yaşa görə isə orta aylıq pensiya 571 manat proqnozlaşdırılır.

Cari ilin sonuna yaşa görə orta aylıq pensiya 527,3 manat olaraq proqnozlaşdırılır. Pensiya sistemində əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayı ərzində indeksasiya əmsalları tətbiq edilmədən 955 , indeksasiya tətbiq edildikdə isə 1 milyard 363 milyon manat əsassız xərclərin qarşısı alınıb”, - deyə nazir bildirib.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…