Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün başlayacaq NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına (NATO iFMM) Antalyada ev sahibliyi edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici Türkiyə KİV məlumat yayıb.
Toplantıda 32 NATO müttəfiqi təmsil olunacaq.
NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Görüşləri NATO sammitləri ərəfəsində Müttəfiq nazirlər arasında əlavə mübadilələr üçün imkan yaradır.
Bu çərçivədə 24-25 iyun tarixlərində Haaqada keçiriləcək “NATO Dövlət və Hökumət Başçıları Zirvəsi”nə hazırlıq Antalyada keçiriləcək bu toplantıda müttəfiq ölkələrin xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq.