Əsas məzmuna keç

NATO-nun Gürcüstan ilə əməkdaşlığına yenidən baxılıb

NATO-nun Gürcüstan ilə əməkdaşlığına yenidən baxılıb

bu fikirlər NATO- nun illik hesabatında əksini tapıb.Alyansın baş katibi Mark Ruttenin 2025-ci il hesabatında deyilir ki, yuxarıda qeyd olunanların...

en ru

2024-cü il seçkiləri və sonrakı kontekstində müttəfiqlər NATO-nun Gürcüstanla əməkdaşlığı yrnidən nəzərdən keçiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər NATO- nun illik hesabatında əksini tapıb.

Alyansın Mark Ruttenin 2025-ci il hesabatında deyilir ki, yuxarıda qeyd olunanların nəticəsi olaraq, "NATO-Gürcüstan Əsas Paketi"nin bəzi aspektləri də daxil olmaqla, NATO-Gürcüstan əməkdaşlığının elementləri prioritet baxımından yenidən müəyyən edilib.

Hesabata görə, Müdafiə Qüvvələri ilə müdafiə sahəsində əməkdaşlıq irəliləyib və bu, may ayında keçirilən NATO-Gürcüstan təlimlərində öz əksini tapıb.

Ruttenin hesabatında deyilir ki, "NATO-nun Tbilisidəki Əlaqələndirmə Ofisi Cənubi Qafqaz regionundakı hər üç tərəfdaşla əməkdaşlığı davam etdirir.

Hesabata görə, 2025-ci il ərzində məsləhətçilərindən ibarət böyük bir qrup, müdafiə qabiliyyətlərini və Alyansla qarşılıqlı fəaliyyətini artırmaq üçün gürcü həmkarları ilə işləməyə davam edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…