Əsas məzmuna keç

Bu gün Bakı və Şəkinin bəzi hissələrində qaz olmayacaq

Bu gün Bakı və Şəkinin bəzi hissələrində qaz olmayacaq

Bu gün “Digah-Bilgəh” orta təzyiqli qaz kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədi ilə saat 10:00-dan etibarən qaz...

Bu gün “Digah-Bilgəh” orta təzyiqli kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədi ilə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Həmçinin rayonu ərazisində M.Ə.Rəsulzadə prospektində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədi ilə bu gün saat 09:30-dan etibarən işlər başa “Şəki” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsinin, Ləhiş bağlarının və 2-ci Sovxoz ərazisinin, Şəki şəhərinin və rayonun İnçə, Qoxmuq, Oxud kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - məlumatda vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…