Əsas məzmuna keç

BŞTİ I sinifə elektron qeydiyyatdan keçə bilməyənlərə müraciət edib

BŞTİ I sinifə elektron qeydiyyatdan keçə bilməyənlərə müraciət edib

2025-2026-cı dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Bakı Şəhəri üzrə...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

2025-2026-cı dərs ilində ümumi müəssisələrinin birinci siniflərinə elektron prosesində valideynlərə kömək məqsədilə Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 30 qeydiyyat mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BŞTİ-dən bildirilib.

Eyni zamanda birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər.

www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət etmək tövsiyə olunur.

Təhsil müəssisələrindəki alternativ qeydiyyat mərkəzləri Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Nizami rayonu üzrə 145, 10, Nərimanov rayonu üzrə 45, Suraxanı rayonu üzrə 279, 280, 114, Qaradağ rayonu üzrə 321, 273, 288, 110, 320, 180, Sabunçu rayonu üzrə 74, 130, 108, 170, Səbail rayonu üzrə 163, Yasamal rayonu üzrə 18, 336, Xəzər rayonu üzrə 88, 156, 234, Xətai rayonu üzrə 257, 165, 261, Pirallahı rayonu üzrə isə 168 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.

Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Valideyn alternativ qeydiyyat mərkəzinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi və “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) də müraciət ünvanlaya bilərlər.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 12-nə qədər davam edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…