Əsas məzmuna keç

Bakı məktəblərində 504 413 şagird təhsil alacaq

Bakı məktəblərində 504 413 şagird təhsil alacaq

Paytaxt məktəblərində yeni dərs ili üçün hazırlıqlar yekunlaşıb. I sinfə gedəcək uşaqların və pedaqoji heyətin dəqiq sayı açıqlanıb, təfərrüatlar yazımızda.

ru en

Yeni tədris ilində Şəhəri üzrə İdarəsinin (BŞTİ) tabeliyində göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 504 413 şagirdin təhsil alacağı gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İdarədən bildirilib.

Vurğulanıb ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 999, IX sinfində 49 167, XI sinfində 39 479, XII sinfində 99 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

"Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 863 beşyaşlının cəlb olunması nəzərdə tutulur. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə isə 35 043 uşaq cəlb olunub. Ümumi təhsil müəssisələrində 29 715 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 137 tərbiyəçi-müəllim çalışır".

Qeyd edək ki, idarənin tabeliyində 729 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…