Əsas məzmuna keç

Britaniya səfiri Gürcüstan XİN-ə çağırılıb - 20.12.2024

Britaniya səfiri Gürcüstan XİN-ə çağırılıb - 20.12.2024

Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfir XİN-dəki görüşdən əvvəl KİV-ə şərh verməkdən imtina...

Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-lərinə istinadən xəbər verir ki, səfir XİN-dəki görüşdən əvvəl KİV-ə şərh verməkdən imtina edib.

"Gürcüstan Xarici İşlər Nazirliyində Britaniyanın ölkəmizdəki səfiri Qaret Uordla görüş keçirilir. Səfirin XİN-ə çağırılması Britaniyanın sanksiyalar tətbiq etməsi ilə bağlıdır", - "Birinci kanal" məlumat verib.

Qeyd edək ki, ötən gün Gürcüstanın DİN rəhbəri Vaxtanq Qomelauri də daxil olmaqla bəzi yüksək vəzifəli məmurlara qarşı sanksiyalar tətbiq edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…