Əsas məzmuna keç

Braziliyada təyyarə qəzası: 3 ölü

Braziliyada təyyarə qəzası: 3 ölü

Braziliyanın Mato Qrosso ştatında kiçik təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 3 nəfər həlak olub.

ru en

Braziliyanın orta-qərb hissəsində yerləşən ştatının şəhərinin kənd ərazisində qəzaya uğrayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təyyarə şəhər mərkəzindən 18 , ştatın paytaxtı Kuyabadan isə 730 kilometr məsafədə yerə düşüb.

Zərbənin təsirindən təyyarə alovlanaraq tamamilə yanıb.

Əraziyə cəlb olunan yanğınsöndürənlər alovu söndürmək üçün təxminən 4 min litr sudan istifadə ediblər.

Dağıntılar arasında tamamilə yanmış vəziyyətdə üç nəfərin meyiti aşkarlanıb.

Meyitlər şəxsiyyətin müəyyənləşdirilməsi və məhkəmə-tibbi ekspertizanın aparılması üçün aidiyyəti quruma aparılıb.

Təyyarənin hansı istiqamətdən havaya qalxdığı və haraya getdiyi barədə hələlik məlumat verilməyib.

Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…